NATO: Rusiyanı ən sərt şəkildə qınayırıq
"Biz Rusiyanın Ukraynanı işğalını mümkün olan ən sərt şəkildə qınayırıq".
Azinfo.az APA-ya istinadən xəbər verir ki, NATO-nun dövlət və hökumət başçılarının bəyanatında belə qeyd olunub
Sənəddə Rusiya Prezidenti Vladimir Putinə müharibəni dərhal dayandırması və Ukraynadan hərbi qüvvələrini geri çəkməsi çağırışı edilib.
"Rusiya BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin 16 mart tarixli qərarına riayət etməli və hərbi əməliyyatları dərhal dayandırmalıdır. Rusiyanın Ukraynaya hücumu qlobal təhlükəsizliyi təhdid edir. Onun beynəlxalq normalara hücumu dünyada təhlükəsizliyi zəiflədir".
Bəyanatda vurğulanıb ki, Rusiya tərəfindən kimyəvi və ya bioloji silahların istifadə edilməsi qəbuledilməzdir və bu ciddi nəticələr doğuracaq.
"Ukraynanın BMT Xartiyasına uyğun olaraq fundamental özünümüdafiə hüququ var", - bəyanatda qeyd olunub.
Şərhlər: 0
Şərh yaz