Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclas keçirib.
Azinfo.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
"İclasda Mişustin, Matviyenko, Volodin, Medvedev, Patruşev, Kolokoltsev, Lavrov, Şoyqu, Bortnikov, Narışkin və İvanov iştirak ediblər. İclas iştirakçıları ölkədə mövcud makroiqtisadi vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Müdafiə naziri Şoyqu xüsusi təyinatlıların gedişi, hərbi əməliyyatlar, eləcə də işğaldan azad edilmiş ərazilərdə humanitar yardımın göstərilməsi, təhlükəsizliyin təmin edilməsi və mühüm infrastrukturun bərpası üzrə davam edən hərbi səylər barədə məlumat verib", - Peskov deyib.
"Ukrayna ilə danışıqlar prosesi ilə bağlı ətraflı söhbət aparılıb. Ukrayna tərəfinin ləngliyinə görə təəssüf hissi ifadə olunub", -Peskovəlavə edib.
Şərhlər: 0
Şərh yaz
