Azinfo » Dünya Xəbərləri » Avropa xəbərləri » Ukraynaya hücum edən 11 İran PUA-sı səmada vurulub

Ukraynaya hücum edən 11 İran PUA-sı səmada vurulub

Tarix : 27-02-2023   /   Dünya Xəbərləri / Avropa xəbərləri  
Rusiya Silahlı Qüvvələri tərəfindən Ukrayna ərazisi bu gecə ərzində pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalıb, onların 11-i səmada məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, söhbət İran istehsalı olan "Shaheed" PUA-larından gedir və hava hücumundan müdafiə (HHM) qüvvələrinin məsuliyyət zonasında olan 14 PUA-dan 11-i zərərsizləşdirib.

Şərhlər: 0

Şərh yaz