Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Kreml Qələbə paradının keçiriləcəyi ilə bağlı anons verib

Kreml Qələbə paradının keçiriləcəyi ilə bağlı anons verib

Tarix : 06-04-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  

Kreml 9 May Qələbə paradının keçiriləcəyi ilə bağlı anons verib.

Moskva müxbirinin Kremlin mətbuat xidmətinə verdiyi məlumata görə, faşizm üzərində Qələbənin 77-ci ildönümünə həsr olunmuş hərbi paradın böyük məşqinin mayın 7-də keçiriləcəyi bildirilib.

Mayın 9-da isə Qırmızı Meydanda hərbi parad keçiriləcək.

Kremlin mətbuat xidməti jurnalistlərin 9 may paradına akkreditasiyasını da açıq elan edib. Belə ki, yerli və xarici media nümayəndələri üçün aprelin 12-nə kimi akkreditasiya üçün müraciət etmək tələbi qoyulub.

Şərhlər: 0

Şərh yaz