Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Rusiya MN Ukraynada öldürülən əcnəbi muzdluların sayını açıqlayıb

Rusiya MN Ukraynada öldürülən əcnəbi muzdluların sayını açıqlayıb

Tarix : 17-04-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  

Rusiya Silahlı Qüvvələri Ukraynada xüsusi əməliyyat başlayandan indiyədək 1035 əcnəbi muzdlunu məhv edib.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib

Onun sözlərinə görə, daha 912 nəfər muzdlu isə Ukraynadan qaçıb: "Döyüş əməliyyatlarında Rusiya silahlı qüvvələri tərəfindən 1035 əcnəbi muzdlu məhv edilib . Daha 912 muzdlu isə döyüş əməliyyatlarında iştirakdan imtina edərək ölkədən qaçıb".

Rusiya MN sözçüsü Ukraynaya döyüşməyə gələn xarici muzdululara xəbərdarlıq da edib. O bildirib ki, Ukraynaya gələn muzdlular döyüşçü deyillər, onları gözləyən ən yaxşı şey uzunmüddətli həbsdir: "Xarici muzdlular beynəlxalq humanitar hüquqda “döyüşçü” statusuna malik deyillər. Onlar Ukraynaya slavyanları öldürməklə pul qazanmaq üçün gəliblər. Ona görə də onları gözləyən ən yaxşı şey cinayət məsuliyyəti və uzunmüddətli həbsdir"

Şərhlər: 0

Şərh yaz