Rusiya MN: Ukraynada əcnəbi muzdluların toplanış və təlim mərkəzi məhv edilib

Rusiya Silahlı Qüvvələri Odessa yaxınlığında xarici muzdluların toplanış və təlim mərkəzini yüksək dəqiqlikli “Bastion” raketləri ilə məhv edib.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
“Bastion” sahil raket kompleksindən yüksək dəqiqlikli raketlərlə Odessanın şimal-şərqində, Krasnoselka kəndi yaxınlığındakı əcnəbi muzdluların toplanış və təlim mərkəzi məhv edilib”, - Rusiya MN sözçüsü vurğulayıb.
Şərhlər: 0
Şərh yaz
