Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Rusiya Ukraynadakı hərbi əməliyyatı 9 mayda bitirməyəcək

Rusiya Ukraynadakı hərbi əməliyyatı 9 mayda bitirməyəcək

Tarix : 02-05-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  
Moskva Ukraynada xüsusi hərbi əməliyyatın başa çatması üçün müddəti mayın 9-na qədər süni şəkildə uyğunlaşdırmayacaq.

Bunu İtaliyanın “Mediaset” televiziya şirkətinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Hərbçilərimiz süni şəkildə öz hərəkətlərini heç bir tarixə, o cümlədən Qələbə Gününə uyğunlaşdırmayacaqlar. Biz həmişə olduğu kimi 9 Mayı da təntənəli şəkildə qeyd edəcəyik”,- deyə Lavrov bildirib.

Onun sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyat ilk növbədə mülki əhali və Rusiya hərbçiləri üçün hər hansı risklərin minimuma endirilməsi zərurətindən asılı olaraq dəyişir.

Şərhlər: 0

Şərh yaz