Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Rusiya avtomobil standartını yüngülləşdirib

Rusiya avtomobil standartını yüngülləşdirib

Tarix : 18-05-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  
Sanksiya səbəbindən ehtiyat hissə qıtlığı yaşanan Rusiyada avtomobil istehsalı normaları yüngülləşdirilib.

Hökumətin yeni qərarı ilə avtomobillərin sertifikatlaşdırılması şərtləri asanlaşdırılıb. Yeni qayda ABS kimi bir çox detal olmayan nəqliyyat vasitələrinin istehsalına imkan verir.

Kommersant qəzetinin xəbərinə görə, avtomobillərin ekoloji normaları da aşağı salınaraq 1988-ci il səviyyəsinə qaytarılıb.
Yeni qayda fevraladək qüvvədə olacaq.

Şərhlər: 0

Şərh yaz