Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Azərbaycanda neft məhsullarının istehsalı azalıb

Azərbaycanda neft məhsullarının istehsalı azalıb

Tarix : 17-05-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1160,9 mln. manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 7,2% azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanacaq mazutunun istehsalı 71,8 % artıb, avtomobil benzininin istehsalı 1,6%, dizel yanacağının istehsalı 23,3%, sürtkü yağlarının istehsalı 25,8%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 26,4%, neft koksunun istehsalı isə 33,9% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidən qurma və modernləşdirmə işləri aparılıb.
Qeyd edək ki, bu ilin aprelində NEZ-in işi planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılıb. Lazım olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilmə layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınması planlaşdırılır. Zavodun işi may ayının sonunda bərpa ediləcək.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləriYanvar-aprel 2022-ci ilİllik müqayisə, %
Avtomobil benzini, min ton359,898,4
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton10173,6
Ağ neft, min ton167,3112,5
Dizel yanacağı, min ton595,976,7
Yanacaq mazutu, min ton36,6171,8
Sürtkü yağları, min ton14,174,2
Neft bitumu, min ton97,6144,4
Neft koksu, min ton57,866,1

Şərhlər: 0

Şərh yaz