Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » İlan adasında Ukrayna bayrağı qaldırılıb

İlan adasında Ukrayna bayrağı qaldırılıb

Tarix : 04-07-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  
Ukrayna Qara dənizin şimal-qərbində yerləşən İlan adasını rəsmi şəkildə öz yurisdiksiyasına qaytarıb.

Bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəhbəri Natalia Qumenyuk bildirib.

O, adada Ukrayna bayrağının qaldırıldığını bəyan edib: “İlan adasında Ukrayna bayrağı qaldırılıb. Hərbi əməliyyat başa çatdırılıb və indi ərazi Ukraynanın yurisdiksiyasına qaytarılıb”.

Qeyd edək ki, İlan adası fevralın 24-də Rusiyanın nəzarətinə keçmişdi. Rusiya iyunun 30-da adadan çəkildiyini təsdiqləyib.

Şərhlər: 0

Şərh yaz