"Rusiya xarici muzdluları səfərbər etmək niyyətindədir" - Britaniya MN

Ukraynaya hücumu zamanı Rusiya ordusu demək olar ki, minlərlə itki verib.
Azinfo.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin açıqlamasında deyilir.
"Çox güman ki, Rusiya çoxlu sayda itkiləri əvəz etmək üçün ehtiyatda olan və çağırışçı qüvvələrini, həmçinin özəl hərbi şirkətləri və xarici muzdluları səfərbər etmək niyyətindədir. Bu qrupların Ukraynadakı Rusiya quru qüvvələrinə necə inteqrasiya edəcəyi və bunun döyüş effektivliyinə təsiri aydın deyil", - açıqlamada qeyd olunub.
Şərhlər: 0
Şərh yaz
