Bayden və Ərdoğan Brüsseldə görüş keçirdəcəklər

ABŞ və Türkiyə prezidentləri Co Bayden və Rəcəb Tayyib Ərdoğan bu gün Brüsseldə danışıqlar aparacaqlar.
Azinfo.az-ın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, iki liderin görüşü NATO-nun Brüsseldə keçiriləcək fövqəladə sammiti çərçivəsində keçiriləcək. ABŞ və Türkiyə liderləri ilk növbədə Ukrayna hadisələrini müzakirə edəcəklər.
Türkiyə liderinin NATO-nun Baş katibi, Fransa Prezidenti, Britaniyanın Baş naziri və Almaniya kansleri ilə də danışıqlar aparacağı gözlənilir.
Xatırladaq ki, danışıqların və sammitin əsas mövzusu Ukrayna ətrafındakı vəziyyətdir.
Şərhlər: 0
Şərh yaz