Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Rusiya MN: Poltava və Dnepr aerodromları sıradan çıxarılıb

Rusiya MN: Poltava və Dnepr aerodromları sıradan çıxarılıb

Tarix : 02-04-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  

Rusiya Silahlı Qüvvələri yüksək dəqiqlikli silahlarla Ukraynanın Poltava və Dnepr aerodromlarını sıradan çıxarıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Yüksək dəqiqlikli havadan buraxılan raketlər Poltava və Dneprdəki hərbi aerodromları sıradan çıxarıb”, - Rusiya MN rəsmisi vurğulayıb.

Konaşenkov uzaqmənzilli yüksək dəqiqlikli silahlarla Kremençuq neft emalı zavodunda benzin və dizel yanacağı olan anbarlarıın məhv edildiyini də qeyd edib.

Şərhlər: 0

Şərh yaz