Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Ermənistan parlamenti 22 müxalif deputatın mandatını ləğv edəcək

Ermənistan parlamenti 22 müxalif deputatın mandatını ləğv edəcək

Tarix : 12-01-2023   /   Dünya Xəbərləri / MDB xəbərləri  
Ermənistan Parlamenti “Ermənistan” fraksiyasının 22 deputatının səlahiyyətlərinə xitam verəcək.

Bu barədə “Armenpress” məlumat yayıb.

Parlament məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırır.

Məlumata görə, parlament “Ermənistan” fraksiyasının deputatları İşxan Saqatelyan, Qeqam Manukyan, Seyran Ohanyan və yerdə qalan 19 nəfərin səlahiyyətlərinə xitam verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırır.
Şuranın bu qərarının qəbul olunması yanvarın 13-ə planlaşdırılır.

Şərhlər: 0

Şərh yaz