Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Rusiyada baş verən yanğın nəticəsində üçü uşaq olmaqla 4 nəfər ölüb

Rusiyada baş verən yanğın nəticəsində üçü uşaq olmaqla 4 nəfər ölüb

Tarix : 03-04-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  

Rusiyanın Novqorod vilayətinin Starorusski rayonundakı kənddə baş verən yanğın nəticəsində bir böyük və üç uşaq ölüb.
Bu barədə Novqorod vilayətinin prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İlkin məlumatlara görə, bu gecə Starorusski rayonunun Tuleblya kəndində yaşayış binasında yanğın olub.

Nəticədə üçü uşaq olmaqla 4 nəfər ölüb. Daha bir yaralı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

2011, 2012 və 2015-ci il təvəllüdlü üç uşağın ölümü ilə nəticələnən yanğın faktı üzrə rayon prokurorluğu tərəfindən araşdırmalar təşkil edilib.

Şərhlər: 0

Şərh yaz