Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » Peterburqda partlayışda 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb

Peterburqda partlayışda 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb

Tarix : 03-04-2023   /   Dünya Xəbərləri / MDB xəbərləri  
Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi Sankt-Peterburqda kafedə baş verən partlayışla bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında 2023-cü il aprelin 2-də saat 18.13-də Peterburq polisinə Universitetskaya sahili, ev 25 ünvanında yerləşən kafedə partlayışın baş verməsi barədə məlumatın daxil olduğu bildirilib.

Hadisə nəticəsində bir nəfər ölüb, 35nəfər yaralanıb.

Rusiya DİN ölən şəxsin hərbi müxbir Vladlen Tatarski olduğunu açıqlayıb.

Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin rəhbərliyi və bir qrup əməkdaşı hadisə yerinə gedib. Sankt-Peterburq polisi və fövqəladə hallar xidmətləri də hadisə yerində işləyir, hadisənin səbəbləri araşdırılır.

Şərhlər: 0

Şərh yaz