Pakistan şirkəti Azərbaycanda əczaçılıq üzrə investisiya yatıra bilər
İZİA-dan verilən məlumata görə, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu vurğulayan Elşad Nuriyev, pakistanlı iş adamlarını Azərbaycanın sənaye zonalarına sərmayə qoymağa dəvət edib.
Görüşdə İBL şirkətinin sənaye zonalarında əczaçılıq sənayesi üzrə investisiya yatırmaqda maraqlı olduğu diqqətə çatdırılıb, həmçinin Pirallahı Sənaye Parkının rezidentləri ilə birgə investisiya layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.
Şərhlər: 0
Şərh yaz
