Azinfo » İqtisadiyyat » Aqrar-sənaye kompleksi » Magistral və təsərrüfatdaxili kanallar lildən təmizlənib

Magistral və təsərrüfatdaxili kanallar lildən təmizlənib

Tarix : 25-04-2022   /   İqtisadiyyat / Aqrar-sənaye kompleksi  

Hacıqabul Suvarma Sistemləri idarəsi tərəfindən əvvəlki illərdə olduğu kimi bu il də rayon ərazisində əkilən kənd təsərrüfatı bitkilərinin suvarılması üçün ilin əvvəlindən hazırlıq işlərinə başlanılıb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, idarənin balansında olan 10 ədəd nasos stansiyadan 5-nin nasos aqreqatlarında təmir işləri aparılıb. Belə nasos stansiyalardan biri də suvarma suyunu Kür çayından götürən Abdulabad nasos stansiyasıdır ki, bu nasos stansiya 2500 hektardan artıq əkin sahəsinin suvarılmasını təmin edir. Bundan başqa bu ilin əvvəlindən 17 ədəd hidrotexniki qurğuda, 830 paqonometr nov kanallarda, 205 paqonometr beton kanallarda və boru kəmərlərində cari təmir işləri görülüb.

Şərhlər: 0

Şərh yaz