Azinfo » İqtisadiyyat » Aqrar-sənaye kompleksi » Azərbaycan Permlə kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan Permlə kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir

Tarix : 03-06-2022   /   İqtisadiyyat / Aqrar-sənaye kompleksi  
Azərbaycan ilə Rusiyanın Perm vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, tərəflər arasında keçirilən görüşdə, sahəsində üzrə əməkdaşlıq, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasına dair məsələlər, qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq üçün mövcud imkanlar müzakirə olunub.

Perm vilayətinin Azərbaycan üçün vacib tərəfdaş olduğu diqqətə çatdırılıb və ölkədə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, aqrar sahədə həyata keçirilən islahatlar, fermerlərə göstərilən dövlət dəstəyi, mövcud olan əlverişli investisiya mühiti barədə ətraflı məlumat təqdim edilib.

Şərhlər: 0

Şərh yaz