Azərkosmos Çinin “StarWin” şirkəti ilə əməkdaşlıq edəcək
Azərkosmos və Çinin qlobal terminal istehsalçısı “StarWin” şirkəti arasında Azərbaycanda və regionda rabitə xidmətlərinin əhatə dairəsini genişləndirmək məqsədilə yeni əməkdaşlıq müqaviləsi imzalanıb.
Azinfo.az xəbər verir ki, bu müqavilə çərçivəsində Azərkosmos ənənəvi rabitə infrastrukturunun olmadığı uzaq bölgələrdə müştərilərinə xidmət göstərəcək. Bu xidmətlər “Azconnexus” peyk internet platforması və “StarWin” mobil peyk terminalları vasitəsilə həyata keçiriləcək.
“StarWin” terminalları həm hərəkətdə olan nəqliyyat vasitələrində (Communication on the Move), həm də stasionar halda (Communication on the Pause) sabit peyk rabitəsi təmin edən avadanlıqlardır. Bu terminalların xüsusiyyəti ondan ibarətdir ki, hərəkətdə belə, nəqliyyat vasitələrində kəsintisiz rabitə əlaqəsi saxlanılır. Stasionar istifadədə isə sürətli quraşdırılan və asanlıqla sökülən terminallar, xüsusilə fövqəladə hallar zamanı operativ rabitə üçün olduqca əlverişlidir. Bu avadanlıqlar ekstremal hava şəraitində və ucqar bölgələrdə sabit rabitə imkanlarını təmin etmək üçün nəzərdə tutulub.
Şərhlər: 0
Şərh yaz