Azərbaycanda bu il avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 18% artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 38 mln. ton yük, 420,2 mln. sərnişin daşınıb.Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,8% və 18,4 % artım qeydə alınıb.
“Sərnişinlərin 94,8%-i avtobus, 5,2%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib”, - məlumatda qeyd olunur.
Şərhlər: 0
Şərh yaz
