Azinfo » İqtisadiyyat » İnfrastruktur » Həştərxan-Bakı aviareysi bərpa olunur

Həştərxan-Bakı aviareysi bərpa olunur

Tarix : 20-05-2022   /   İqtisadiyyat / İnfrastruktur  
Rusiyanın “Azimut” aviaşirkəti 30 may tarixindən etibarən Həştərxan-Bakı-Həştərxan marşrutu ilə uçuşları bərpa edəcək.

Uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə günləri cədvəl üzrə həyata keçiriləcək.
Həştərxandan (yerli vaxtla) uçuş saat 12:45-də, Bakıya eniş saat 14:10-da, əks istiqamətdə - Bakıdan uçuş saat 15:10-da, Həştərxana eniş saat 16:40-da yerinə yetiriləcək.

Əlavə rüsumlar nəzərə alınmadan bir istiqamətə biletin qiyməti 80 avrodan başlayır.
Qeyd edək ki, hazırda aviaşirkət Bakıya Mineralnıye Vodı və Soçidən uçuşlar həyata keçirir.

Şərhlər: 0

Şərh yaz