Azinfo » İqtisadiyyat » İnfrastruktur » Bakı-Tbilisi təyyarəsi tufan səbəbindən geri qayıdıb

Bakı-Tbilisi təyyarəsi tufan səbəbindən geri qayıdıb

Tarix : 08-06-2022   /   İqtisadiyyat / İnfrastruktur  
Bakıdan Tbilisiyə uçan təyyarə əlverişsiz havaya görə geri qayıdıb.

“Buta Airways” aviaşirkətinin Bakı-Tbilisi marşrutu üzrə J2-9225 saylı reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ərazisində hava şəraitinin kəskin pisləşməsi (tufan) səbəbindən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə  “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.

Qeyd olunub ki, təyyarə saat 23:19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla yerə enib. Şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra bu reysin sərnişinləri Tbilisiyə yola düşəcəklər.

Şərhlər: 0

Şərh yaz