Azinfo » Dünya Xəbərləri » MDB xəbərləri » İrəvana uçan təyyarə Moskvaya qayıtmağa məcbur olub

İrəvana uçan təyyarə Moskvaya qayıtmağa məcbur olub

Tarix : 10-04-2022   /   Dünya Xəbərləri / MDB xəbərləri  


Moskvadan İrəvana uçan təyyarə əyləc sisteminin nasazlığı səbəbindən Jukovski hava limanına qayıdıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"WZ4325 (Moskva-İrəvan) reysini yerinə yetirən təyyarə əyləc sisteminin nasazlığı sensorunun işə düşməsi səbəbindən Jukovski hava limanına qayıdıb. "Sukhoi Superjet" təyyarəsinin uçuş hava limanına qaytarılması qərara alınıb", - deyə məlumtda qeyd olunub.

Şərhlər: 0

Şərh yaz