Azinfo » İqtisadiyyat » İnfrastruktur » Bişkek-Antalya reysini həyata keçirən təyyarə Bakıya eniş edib

Bişkek-Antalya reysini həyata keçirən təyyarə Bakıya eniş edib

Tarix : 13-08-2022   /   İqtisadiyyat / İnfrastruktur  
"Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan  verilən xəbərə görə, "Boeing B737" təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub.

Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib.
Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.

Şərhlər: 0

Şərh yaz