Azinfo » İqtisadiyyat » İnfrastruktur » Gələn il Azərbaycana yeni sürət qatarları gətiriləcək

Gələn il Azərbaycana yeni sürət qatarları gətiriləcək

Tarix : 12-12-2022   /   İqtisadiyyat / İnfrastruktur  
Bakı-Sumqayıt istiqaməti üzrə fəaliyyət göstərən sürət qatarları gündəlik 20-25 min sərnişinin daşınması üçün nəzərdə tutulub.

Bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.

Onun sözlərinə görə, 10 sürət qatarının alınması ilə bağlı müqavilə bağlanılıb (“Stadler ” şirkəti ilə - red.) və növbəti ilin sonunda ilk qatarlar ölkəyə gətiriləcək.

“Onların bir hissəsi Bakı-Sumqayıt dairəsində, digər hissəsi isə respublikanın digər şəhər və rayonlarına sərnişin daşınması üçün nəzərdə tutulub”, - Rövşən Rüstəmov bildirib.

Şərhlər: 0

Şərh yaz