Bakı-Daşkənd reysi ilə uçan təyyarə məcburi eniş edib
Bakı-Daşkənd marşrutu üzrə J2-5031 reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” aviaşirkətinin hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar Səmərqənd Beynəlxalq Hava Limanına eniş sorğusu göndərib.Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, "Airbus A320" təyyarəsi Bakı vaxtı ilə saat 23:42-də Səmərqənd hava limanında eniş edib.
Şərhlər: 0
Şərh yaz
