Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq
Azərbaycanda inflyasiya 2024-cü ildə Azərbaycan Mərkəri Bankının (4±2%) hədəf diapazonuna yaxın olaraq qalacaq.
Bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətindən bildirilib.
FS bu il üzrə ölkədə orta illik inflyasiyanın 2,5%, 2025-ci il üzrə isə 3,5% proqnozlaşdırdığını açıqlayıb.
"Fitch Solutions" analitikləri qeyd ediblər ki, orta illik inflyasiya bu ilin ilk dörd ayında 1,2%-ə enib. Azərbaycanın enerji ixracatçısı olması qlobal neft qiymətlərindəki dəyişikliklərin daxili yanacaq qiymətlərinə təsirini neytrallaşdırır. Bununla belə, qlobal inflyasiyadakı dəyişikliklər idxal kanalı vasitəsilə daxili iqtisadiyyata təsir edə bilər.
Şərhlər: 0
Şərh yaz