Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » Azərbaycanda əhalinin gəlirləri artıb

Azərbaycanda əhalinin gəlirləri artıb

Tarix : 17-05-2022   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 20 463,2 milyon manata çatıb.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5% çoxdur.

Ölkədə adambaşına düşən nominal gəlir isə 2 038 manata bərabər olub. Bu isə son bir ildə 19,1% artım deməkdir.

Şərhlər: 0

Şərh yaz