Muxtar Respublikada kreditləşmənin həcmi 40%-dək artıb
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 95,9 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 39,2% çoxdur.Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, verilən kreditlərin 8,43 mln. manatdan çoxu və yaxud 8,8%-i qısamüddətli, 87,47 mln. manatdan çoxu və yaxud 91,2%-i uzunmüddətli kreditlər olub.
Şərhlər: 0
Şərh yaz
