Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » "İpək Yolu Sığorta"nın mənfəəti azalıb

"İpək Yolu Sığorta"nın mənfəəti azalıb

Tarix : 23-05-2022   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
"İpək Yolu Sığorta" 2022-ci ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.

“İpək Yolu Sığorta” bu ilin ilk üç ayını 234 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,7% azdır. Yanvar-mart aylarında “İpək Yolu Sığorta”nın gəlirləri 5,461 milyon manat (illik müqayisədə 16,6% az), xərcləri 5,168 milyon manat (17,1% az), mənfəət vergisi ödəmələri isə 58,5 min manat (7,1% az) təşkil edib.

Bu il aprelin 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 280,779 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,6% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 67,9% artaraq 11,976 milyon manata yüksəlib, balans kapitalı isə 3,8% azalaraq 16,101 milyon manata enib.

Şərhlər: 0

Şərh yaz