Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » IFC Azərbaycan bankına 40 mln. dollar kredit ayırıb

IFC Azərbaycan bankına 40 mln. dollar kredit ayırıb

Tarix : 26-01-2023   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) “Bank Respublika” ASC-yə 40 milyon ABŞ dolları kredit ayırıb.
Bu barədə bankdan bildirilib. Məlumata görə, bununla bağlı tərəflər arasında saziş imzalanıb. Bu, son illər beynəlxalq maliyyə təşkilatları ilə Azərbaycan bankları arasında imzalanan ən böyük kredit müqavilələrindən biridir.

Bildirilib ki, layihəni IFC-nin Qadın sahibkarları üçün maliyyə təşəbbüsü və Qadın sahibkarları üçün imkanlar proqramı dəstəkləyir. Layihənin əsas məqsədi post-pandemiya dövründə iqtisadi fəallığı təşviq etməklə, bank tərəfindən mikro, kiçik və orta sahibkarların (MKOS-ların), o cümlədən qadın sahibkarların kreditləşməsini genişləndirməkdir.

Şərhlər: 0

Şərh yaz