Azinfo » İqtisadiyyat » Maliyyə xəbərləri » Türkiyədə inflyasiya azalmaqda davam edib

Türkiyədə inflyasiya azalmaqda davam edib

Tarix : 06-03-2023   /   İqtisadiyyat / Maliyyə xəbərləri  
Türkiyədə illik inflyasiya dörd aydır azalmaqda davam edir.

Türkiyə Statistika Təşkilatı (TÜİK) xəbər verir ki, fevralda inflyasiya 55,18% təşkil edib.

İstehlak qiymətləri indeksi aylıq 3,15%, istehsal qiymətləri isə76,61% artıb. Qeyd edilib ki, istehsal qiymətlərində artım son 15 ayda ən aşağı səviyyəyə düşüb.

Türkiyə Mərkəzi Bankı da inflyasiyanın azalmasını nəzərə alaraq fevralın 23-də uçot dərəcəsini 8,5 faizə endirib.

Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5 faizə çatmışdı.

Şərhlər: 0

Şərh yaz