Azinfo » İqtisadiyyat » Sahibkarlıq » Cəbrayılda “KamAZ” servis mərkəzi istifadəyə veriləcək

Cəbrayılda “KamAZ” servis mərkəzi istifadəyə veriləcək

Tarix : 26-04-2022   /   İqtisadiyyat / Sahibkarlıq  
Bu ilin ikinci rübündə Cəbrayıl rayonunda “KamAZ” servis mərkəzi istifadəyə veriləcək.

Bunu Azərbaycan-Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 20-ci iclasında çıxış edərkən Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, servis mərkəzi yük avtomobillərinə və kənd təsərrüfatı texnikalarına texniki xidmət göstərəcək.
"Layihənin bünövrəsi 2021-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda qoyulub. Bu layihə Gəncə Avtomobil Zavodu ilə birgə həyata keçirilir. Mərkəzin planlaşdırılan istismara verilmə tarixi 2022-ci ilin ikinci rübüdür",- deyə Aleksey Overçuk qeyd edib.

Şərhlər: 0

Şərh yaz