Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Borrell: Aİ iki ilə Rusiya qazından imtina edə bilər

Borrell: Aİ iki ilə Rusiya qazından imtina edə bilər

Tarix : 28-03-2022   /   İqtisadiyyat / Sənaye və energetika  

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Josep Borrell hesab edir ki, Aİ ölkələri iki il ərzində Rusiya qazından imtina edə bilər.

Azinfo.az bu barədə “-Economics” Rusiya mətbuatına istinadən xəbər verir.

"İki il ərzində Avropa Rusiya qazından imtina edəcək", - J.Borrell qeyd edib
Onun sözlərinə görə, Aİ qaz tədarükü üçün müxtəlif mənbələrdən istifadə etməyi planlaşdırır.

"Biz Avropanın Rusiyanın enerji resurslarına qadağa qoymağa yox, onlardan asılılığını azaltmağa çalışırıq", - J.Borrell əlavə edib.
Rusiya Avropaya ən böyük qaz ixracatçısıdır və regionda istehlak edilən qazın təxminən 40%-ni təmin edir.

Şərhlər: 0

Şərh yaz