Alternativ enerji bu il dünya rekordunu vuracaq
Bu il dünyada bərpa olunan enerji mənbələrinə əsaslanan yeni generasiya güclərinin artımı yenidən rekor səviyyəsində olacaq.Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatındaəbər verir.
“Bərpa olunan enerji yüksək xərcləri və tədarük zəncirindəki problemlərə baxmayaraq, 2022-ci ildə daha bir dünya rekordunu vuracaq”, - hesabatda qeyd olunur.
Hesabata əsasən, 2021-ci ildə bərpa olunan enerjiyə əsaslanan yeni generasiya güclərinin qlobal artımı 295 giqavat olub ki, bu da rekord göstəricidir.
Vurğulanır ki, bu il qeyd olunan göstəricinin 320 gigavat səviyyəsində olacağı gözlənilir ki, bu da Almaniyanın elektrik enerjisinə olan tələbatı ödəyəcək həcmə yaxın və ya, Avropa İttifaqının qaz vasitəsi ilə istehsal etdiyi elektrik enerjisi həcmlərinə bərabərdir.
Şərhlər: 0
Şərh yaz
