Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Azərbaycanın neft-qaz sektoruna sərmayələr kəskin azalıb

Azərbaycanın neft-qaz sektoruna sərmayələr kəskin azalıb

Tarix : 17-05-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın neft-qaz sektoruna 1 321,1 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 27,5% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 1 821,1 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 765,5 mln. manat həcmində vəsait yönəldilib, bu da illik müqayisədə 6,9% azalma deməkdir.

Şərhlər: 0

Şərh yaz