İşğaldan azad olunmuş ərazilərdə daha 18 kiçik su elektrik stansiyası tikiləcək
İşğaldan azad olunmuş ərazilərdə 18 kiçik su elektrik stansiyalarının tikintisinin auksiona çıxarılması gözlənilir.Bunu energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sözügedən ərazilərdə artıq 4 kiçik su elektrostansiya tikilib istifadəyə verilib, hazırda 5 stansiyanın tikintisi aparılır və bu il böyük ehtimalla işlər tamamlanacaq.
İşğaldan azad olunan ərazilərin elektrik enerjisi ilə təmin edilməsi məsələsindən danışan nazir müavini qeyd edib ki, Laçın-Kəlbəcərdə 100 MVt gücündə külək elektrik stansiyasının tikintisi nəzərdə tutulur və bu istiqamətdə şirkətlərlə danışıqlar gedir. İşğaldan azad edilmiş ərazilərin cənubunda (Cəbrayıl rayonu – red.) gücü 240 MVt olan günəş elektrik stansiyasının tikintisi məsələsi barəsində BP ilə danışıqlar aparılır: “Böyük ehtimal ilə, cənubda 50 meqavat əlavə günəş elektrik stansiyası olacaq, ikinci “ağıllı kənd”də”.
Şərhlər: 0
Şərh yaz
