Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Avropada qazın qiyməti yenidən 1 000 dolları ötüb

Avropada qazın qiyməti yenidən 1 000 dolları ötüb

Tarix : 18-05-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 000 ABŞ dollarını yenidən keçib.

18 may tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) iyun fyuçerslərinin qiyməti 1 047 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 2,4% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Şərhlər: 0

Şərh yaz