Azinfo » İqtisadiyyat » Sənaye və energetika » “Şahdəniz”dən indiyədək 168 mlrd. kubmetr qaz hasil edilib

“Şahdəniz”dən indiyədək 168 mlrd. kubmetr qaz hasil edilib

Tarix : 10-06-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku istismara veriləndən 01 iyun 2022- ci il tarixinədək 195,9 mlrd. kubmetrə yaxın qaz hasil edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən 01 iyun 2022- ci il tarixinədək 168 mlrd. kubmetrdən çox qaz hasil olunub.

“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 116 mlrd. kubmetrdən çox həcmi ixraca nəql edilib”, - məlumatda qeyd olunub.
Məlumata görə, cari ilin 5 ayı ərzində ölkədə 19,6 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 5,8 mlrd. kubmetri AÇG-dən, 10,6 mlrd. kubmetri “Şahdəniz”dən, 3,2 mlrd. kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 15,3%, yəni 2,6 mlrd. kubmetr artımla qaz hasil edilib.

Şərhlər: 0

Şərh yaz