Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Azərbaycanda sənaye istehsalı artıb

Azərbaycanda sənaye istehsalı artıb

Tarix : 13-06-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-may aylarında 34,9 mlrd. manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,1%, qeyri neft-qaz sektorunda isə 14,3% artmıb.

Məlumata görə, sənaye məhsulunun 75,7%-i mədənçıxarma sektorunda, 20,3%-i emal sektorunda, 3,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,7 % azalıb, əmtəəlik qaz hasilatı isə 18,5% arartıb”, - məlumatda qeyd olunur.

Şərhlər: 0

Şərh yaz