Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Avropa öz yeraltı qaz anbarını 60% doldurub

Avropa öz yeraltı qaz anbarını 60% doldurub

Tarix : 07-07-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
Avropa şirkətləri qarşıdan gələn qışa hazırlaşmağa davam edir və artıq yeraltı qaz anbarlarını orta hesabla 60% doldurublar.

Bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) açıqlamasında deyilir.

Belə ki, 6 iyul tarixinə olan məlumata görə, yeraltı anbarların orta doluluq səviyyəsi 60,15%-ə çatıb.
Qeyd olunur ki, hazırda Avropanın yeraltı qaz anbarlarında olan ümumi qazın həcmi 65 mlrd. kubmetr təşkil edir.

Şərhlər: 0

Şərh yaz