Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Azərbaycan neftinin qiyməti həftə ərzində 5% azalıb

Azərbaycan neftinin qiyməti həftə ərzində 5% azalıb

Tarix : 23-07-2022   /   İqtisadiyyat / Sənaye və energetika  


Həftə ərzində (18 – 22 iyul) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 118,95 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,28 dollar və ya 2,8% çoxdur.

Həftə ərzində ən yüksək göstərici (I gün) – 121,74 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 115,42 dollar səviyyəsində olub.

Həftə ərzində Azərbaycan neftinin qiyməti 6,32 dollar və ya 5,2% azalıb.

Şərhlər: 0

Şərh yaz