Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Azərbaycan qaz ixracını 24% artırıb

Azərbaycan qaz ixracını 24% artırıb

Tarix : 08-08-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
Azərbaycan bu ilin yanvar-iyul aylarında 12,9 milyard kubmetr qaz ixrac edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% çoxdur.
Energetika Nazirliyindən verilən məlumata görə, 7 ay ərzində Türkiyəyə 4,8 milyard kubmetr, Gürcüstana 1,6 milyard kubmetr, Avropaya isə 6,5 milyard kubmetr qaz satılıb.

Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 3,2 milyard kubmetrə yaxın qaz nəql olunub.

Hesabat dövründə ölkədən 15,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 14,7 milyon tona yaxını “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yatağlarının, 0,9 milyon tonu isə SOCAR-ın payına düşür.

Şərhlər: 0

Şərh yaz