Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı artıb

Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı artıb

Tarix : 14-09-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 1540,3 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 76,7%, rezin və plastik kütlə məmulatlarının istehsalında 8,5%, kimya sənayesi məhsullarının istehsalında isə 7,1% artıb.

Məlumata görə, rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 52,6%, kimya məhsullarından metanol (metil spirti) istehsalı 81,3%, lak-boya məmulatlarının istehsalı 11% artıb, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 31,7% azalıb.

Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri2022-ci il, yanvar-avqust2021-ci ilə müvafiq göstəricisinə nisbətən, %
Azot, min kubmetr15 481,2102,9
ondan əmtəəlik943,3154,3
Yod, ton124,4112,4
Oksigen, min kubmetr3 297,851,2
ondan əmtəəlik3 037,147,3
Propilen, min ton80,786,3
ondan əmtəəlik77,588,4
Polietilen, min ton84,579,1
Etilen, min ton86,279,2
Metanol (metil spirti), min ton357,5181,3
Lak-boya məmulatları, ton20 199,4111
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton35 645,6124

Şərhlər: 0

Şərh yaz