Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Avropada təbii qaz cüzi bahalaşıb

Avropada təbii qaz cüzi bahalaşıb

Tarix : 11-10-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 600 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

10 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 597,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 0,9% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Şərhlər: 0

Şərh yaz