Avropada təbii qazın ucuzlaşması davam edir
Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 170 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.20 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 160,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 189,7 dollar) ilə müqayisədə 2,4% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
Şərhlər: 0
Şərh yaz
