Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Avropada qazın qiyməti 750 dolları ötüb

Avropada qazın qiyməti 750 dolları ötüb

Tarix : 06-01-2023   /   İqtisadiyyat / Sənaye və energetika  
Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 750 ABŞ dollarını ötüb.

5 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 754,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (712,7 dollar) ilə müqayisədə 5,9% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Şərhlər: 0

Şərh yaz