Azinfo » İqtisadiyyat » Sənaye və energetika » Avropada qazın qiyməti yenidən 1 800 dolları ötüb

Avropada qazın qiyməti yenidən 1 800 dolları ötüb

Tarix : 07-07-2022   /   İqtisadiyyat / Sənaye və energetika  
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 800 ABŞ dollarını ötüb.

6 iyul tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) avqust fyuçerslərinin qiyməti 1 840 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 4,7% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Şərhlər: 0

Şərh yaz