Avropada qazın qiyməti 600 dollardan aşağı enib
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2021-ci il avqustun 31-i tarixindən ilk dəfə olaraq 600 ABŞ dollarından aşağı enib.17 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 599 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (727,1 dollar) ilə müqayisədə 3,2% azdır.
Şərhlər: 0
Şərh yaz
